"Zirə"nin hazırlıq planı

"Zirə"nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda yanvarın 2-də bir araya gələcək.

Hazırlığı Bakıda keçəcək “qartallar” toplanış müddətində iki yoxlama oyunu keçirməyi planlaşdırır.

"Zirə" yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la üz-üzə gələcək.