"Zirə"nin legioneri Premyer Liqada 50-ci qolunu vurub
"Zirə"nin legioneri Davit Volkov Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, XV turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.
D.Volkovun matçdakı son qolu yubiley – 50-ci olub.
Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.
| 1 | Nazim Əliyev | 183 |
| 2 | Müşfiq Hüseynov | 125 |
| 3 | Rövşən Əhmədov | 116 |
| 4-5 | Qurban Qurbanov | 115 |
| Samir Ələkbərov | 115 | |
| 6 | Alay Bəhramov | 108 |
| 7 | Nadir Nəbiyev | 103 |
| 8-9 | Xaqani Məmmədov | 102 |
| Vadim Vasilyev | 102 | |
| 10 | Kənan Kərimov | 101 |
| 11 | Musa Qurbanov | 94 |
| 12 | Fazil Pərvərov | 89 |
| 13 | Samir Musayev | 88 |
| 14-15 | Fərrux İsmayılov | 85 |
| İmamyar Süleymanov | 85 | |
| 16 | Samir Əliyev | 84 |
| 17 | İsmayıl Məmmədov | 76 |
| 18 | İlham Məmmədov | 74 |
| 19 | Azər İsayev | 73 |
| 20 | Paşa Əliyev | 72 |
| 21 | Badri Kvaratsxeliya | 71 |
| 22 | Zaur Ramazanov | 70 |
| 23 | Yunis Hüseynov | 66 |
| 24-25 | Vidadi Rzayev | 65 |
| Mahir Əliyev | 65 | |
| 26 | Rauf Əliyev | 63 |
| 27-29 | Mahmud Qurbanov | 61 |
| Ramiz Məmmədov | 61 | |
| Georgi Adamiya | 61 | |
| 30-31 | Mahir Emreli | 59 |
| Filip Ozobiç | 59 | |
| 32 | Rəşad Abdullayev | 58 |
| 33 | Vaqif Cavadov | 53 |
| 34 | Amil Yunanov | 52 |
| 35-36 | Həsən Abdullayev | 51 |
| Riçard Almeyda | 51 | |
| 37-41 | Vüqar Qəmbərov | 50 |
| Mehman Baxışov | 50 | |
| Yalçın Bağırov | 50 | |
| Viktor İqbekoyi | 50 | |
| Davit Volkov | 50 |