"Zirə"nin prezidenti istefa verdi

“Zirə” klubunun prezidenti Vüqar Astanov vəzifəsindən ayrılıb.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, klub təsisçilərinə müraciət edən V. Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib. 

“Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

Banner