Zirkze ayrılmaq üzrədir
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
24 yaşlı oyunçu daha çox oynaya biləcəyi komandaya keçmək niyyətindədir.
Qeyd edək ki, Zirkze cari mövsüm cəmi 629 dəqiqə meydanda olub. Onun aktivində 2 qol, 1 asist var.