Zirkze "Roma"ya keçə bilər
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "II Messaggero"ya istinadən xəbər verir ki, "Roma" 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Paytaxt klubu qış transfer pəncərəsi dövründə "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, C.Zirkze cari mövsüm meydana çıxdığı 7 matçda 1 qolla yadda qalıb.