Zirkze "Vest Hem" yolunda

"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, London klubu "Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkzeni heyətinə qatmağı planlaşdırır.

24 yaşlı forvardın dəyəri 28 milyon avrodur. O, cari mövsüm 4 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.

Qeyd edək ki, Zirkzenin "Mançester Yunayted"in rəhbərliyi ilə münasibəti yaxşı deyil.