Zirkzeyə üç klubdan təklif var
"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa", "Brayton" və "Vest Hem Yunayted" 24 yaşlı hücumçuya elçi düşüb.
Zirkze Mançester klubundan ayrılmaq fikrində qətidir. Buna səbəb az forma şansı əldə etməsidir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm 5 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.