2024 Paris Olimpiyadasının məşəli alovlandı

2024 Paris Olimpiyadası üçün hazırlıqlar artıq başlayır.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 2024-cü il Parisdə keçiriləcək Olimpiya oyunlarının məşəli Qədim Olimpiyadakı arxeoloji sahədə alovlandırılıb.

Məşəl qədim yunan məbədi Heranın qurbagahında yandırılıb.

Xatırladaq ki, yay Olimpiya oyunları Fransanın paytaxtında 26 iyul-11 avqust tarixlərində keçiriləcək.