58 yaşlı əfsanəvi futbolçu yaşıl meydanlara qayıdır

58 yaşlı braziliyalı əfsanəvi futbolçu yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, Braziliya millisinin əfsanəvi oyunçularından olan Romario yenidən futbol oynamaq qərarına gəlib.

Keçmiş futbolçunun bu qərarı qəbul etməsinə əsas səbəb isə “Amerika RJ”də forma geyinən 29 yaşlı oğlu Romarinyo ilə birliktə futbol oynamaq istəməsi olub.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya millisi ilə Dünya Çempionu olub.