Almaniya klubu gənc futbolçu üçün 12 milyon avro təklif edib

Almaniya klubu gənc futbolçu üçün 12 milyon avro təklif edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniyanın "Frankfurt" klubu "Beşiktaş"ın gənc futbolçusu Semih Kılıçsoy üçün 12 milyon avro ödəməyə hazır olduğunu bildirib.

"Beşiktaş" rəsmiləri isə İngiltərə, İtaliya və İspaniya klublarının da diqqət mərkəzində olan futbolçu üçün minimum 20 milyon avro tələb ediblər.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm çıxdığı 29 oyunda 11  qol, 2 asistlə yadda qalıb.