"Araz - Naxçıvan"ın baş məşqçisi bilindi

“Araz Naxçıvan" komandasının yeni baş məşqçisinin adı məlum olub. 

Sportline.az xəbər verir ki, istefaya gedən sabiq çalışdırıcı Azər Bağırovu  Elmar Baxşıyev əvəz edəcək.

Qeyd edək ki, Baxşıyevin son iş yeri "Qəbələ" klubu olub.