"Araz - Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı

Elmar Baxşıyev “Araz-Naxçıvan” futbol klubunun baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, sözügedən təyinat bu gün baş tutub.

Elmar Baxşıyev bu postda istefa verən  Azər Bağırovu əvəzləyib.

43 yaşlı mütəxəssisin son işi yeri “Qəbələ” klubu olub.