"Arsenal" iki futbolçunu birdən alır

"Arsenal" heyətini iki futbolçu ilə gücləndirməyə yaxındır. SportLine.az "Telegraph"a istinadən xəbər verir ki, "topçular" Leverkuzen "Bayer"inin qapıçısı Bernd Leno və "Sampdoriya"nın yarımmüdafiəçisi Lukas Torreyra ilə razılıq əldə edib.

London klubunun bu transferlər üçün 48 milyon funt-sterliq xərcləyəcəyi gözlənilir.

Qeyd edək ki, Arsen Vengerin gedişindən sonra komandaya Unay Emeri rəhbərlik edir.