Avstraliya millisinin oyununda kütləvi dava

Filippin və Avstraliya milliləri arasında keçirilən basketbol üzrə Dünya çempionatının təsnifat mərhələsinin görüşü kütləvi dava ilə yadda qalıb. SportLine.az "The Guardian"a istinadən xəbər verir ki, insident üçüncü hissədə avstraliyalı Deniel Kikkertin rəqibə zərbəsindən sonra yaşanıb. Nəticədə iki komandanın oyunçu və məşqçi heyəti toqquşmada iştirak edib.

Kütləvi toqquşma ilə əlaqədar meydandan 13 basketbolçu qovulub. Bundan sonra meydanda Filippin yığmasının 3, Avstraliyanın isə 5 basketbolçusu qalıb. Bir neçə dəqiqə sonra daha 2 filippinli meydandan qovulub və oyunu Avstraliya 89:53 hesabı ilə öndə olduğu vaxt dayandırılıb.