Azərbaycan Premyer Liqası: "Araz Naxçıvan" "Kəpəz"ə uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Sportline.az xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək.

"Liv Bona Dea Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XXIX turun digər görüşləri 6-7 apreldə olacaq.

Azərbaycan Premyer Liqası

XXIX tur

5 aprel

20:00. “Araz-Naxçıvan” – “Kəpəz” 1-2

Qol: Miço Kuzmanoviç - Martins Junior, 54. Mate Kvirkvia, 63

Baş hakim: Fərid Hacıyev

“Liv Bona Dea Arena”