Azərbaycan seçməsi İrana yollanır

16 yaşadək oğlanlardan ibarət basketbol yığmamız beynəlxalq turnirdə iştirak edəcək. SportLine.az xəbər verir ki, millimiz İranda təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

Komandamız Sarab şəhərində İslam İnqilabının 38-ci ildönümünə həsr edilmiş ənənəvi beynəlxalq basketbol turnirində çıxış edəcək. Yarış fevralın 7-dən 11-dək davam edəcək.