"Bavariya" ilə "Mançester Yunayted" 18 yaşlı futbolçunun ovuna çıxıb

“Bavariya” və “Mançester Yunayted” Fransanın “Lill” klubunun 18 yaşlı mərkəz müdafiəçisi Yeni Yoronun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabris Xoukins X sosial şəbəkəsində məlumat yayıb.

Mənbəyə görə, PSJ də Yoronu heyətə qatmaq niyətindədir və artıq bununla bağlı danışıqları aktivləşdirsə də, “Lill” qışda oyunçunu buraxmaq  istəmir.

Qeyd olunur ki, futbolçunun özü də komanandan ayrılmağa müsbət baxır.

Xatırladaq ki , daha əvvəl mətbuatda 18 yaşlı müdafiəçiyə “Real” və “Liverpul”un da iddialı olduğu haqda məlumat yayılmışdı.

Cari mövsümdə “Lill”in heyətində 22 oyuna çıxan Yoro 3 qol ilə yadda qalıb.

Futbolçunun klubla hazırki müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarktda oyunçunun dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.