"Beşiktaş" klubu yenidən baş məşqçi axtarışlarına başladı

"Beşiktaş" klubu yenidən baş məşqçi axtarışlarına başladı.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fernando Santosun idarəçiliyindən razı qalmayan klub rəsmiləri yenidən baş məçşqçi postu üçün axtarışlara başlayıblar. 

Portuqaliyalı mütəxəsis məsələ ilə bağlı açıqlmasında isə :"Mən istefa verməyi ağlımın ucundan belə keçirmirəm. Yeni məşqçi gələcəyi zaman təzminatımı alıb gedəcəyəm",-deyib.

Qeyd edək ki, Fernando Santos yanvar ayından etibarən klubu çalışdırmağa başlayıb.