"Çelsi" 16 yaşlı futbolçu üçün 60 milyon avro təklif edib

"Çelsi" 16 yaşlı braziliyalı futbolçu üçün 60 milyon avro təklif edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, söhbət "Plameras" klubunun sol cinah hücumçusu Estavayo Messinyodan gedir.

"Zadəganlar" gənc futbolçu üçün 60 milyon avro ödməyə hazır olduqlarını bildriblər.

Qeyd edək ki, Estavayo Messinyo bu mövsüm çıxdığı 12 oyunda 5 qol, 3 asistlə yadda qalıb.