Dani Alveş Neymarın atasının borcunu qaytarıb

Braziliya millisinin keçmiş futbolçusu Dani Alveş sabiq komanda yoldaşı Neymarın atasına olan borcunu qaytarıb.

Sportline.az "Folha de S.Paulo"ya istinadla xəbər verir ki, bu haqda onun vəkili İnes Qvardiola məlumat yayıb.

Bundan əvvəl dolaşan xəbərlərdə Neymarın atasının Daninin həbsxanadan çıxması üçün tələb olunan 1 milyon avro məbləğində girovun toplanmasına kömək etdiyi bildirilirdi.

Qvardiola Alveşin ata Neymarın verdiyi 150 min avronu ötən həftə geri ödədiyini deyib.

Qeyd edək ki, zorlamada təqsirləndirilən Dani Alveş 4,5 il müddətinə həbs olunmuşdu. 

O, 1 milyon avro məbləğindəki girov sayəsində məhkəmə qərarının tam qüvvəyə minməsinədək azadlıqda olacaq.