Dünya çempionluğuna yeni namizəd açıqlandı

WBO versiyası üzrə birinci orta çəkidə (69,9 kq-dək) yeni düna çempionluğuna namizədin adı bilinib.

Sportline.az xəbər verir ki, təşkilatın rəhbəri Fransisko Valkares bu ad uğrunda ABŞ təmsilçisi Sebastyan Fundora ilə onun həmvətəni Terens Kroufordun döyüşəcəyini bildirib.

Krouford 40 döyüşün 31-i nokaut olmaqla hamısında qalib gəlib. 

21 döyüş keçirən Fundoranın aktivində isə 19 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət var.

O, qələbələrinin 13-nü nokautla qazanıb.