"Əl-Nəsr" ulduz futbolçu üçün hərkətə keçib

"Əl-Nəsr" Sadio Manenin transferi üzərində işləyir.

Sportline.az xəbər verir ki, daha əvvəl “Bavariya”nın cinah oyunçusunun Səudiyyə Ərəbistanından bir kluba keçməyə razı olduğu məlum olub .

"Əl-Nəsr" müqaviləni maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanı İdman Nazirliyinin Oyunçuların Alınması üzrə Mərkəzə müraciət edib.

Bu transfer üçün "Bavariya" 40 milyon avro təklif edəcək. Futbolçunun maaşı vergilərdən sonra ildə 40 milyon avroya çata bilər. 

Mane ötən yay Münhen klubuna keçib. Bundesliqada 25 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.