Əliyar Ağayev Fərid Mansurova rəqib olacaq

“Bakı Marafonu 2017”də FİFA referisi Əliyar Ağayev qüvvəsini sənayacaq. Sportline.az  AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, o, marafona fəxri iştirakçı kimi qatılacaq. Yarışda assosiasiyanın 200 nəfərə yaxın əməkdaşının iştirak edəcəyi bildirilir.

Daha əvvəl millət vəkili Fuad Muradov, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov, əməkdar artist Tünzalə Ağayeva, teleaparıcı Nuran Hacı, “Bu şəhərdə”nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal , müğənni Gülay Zeynallı və bir sıra tanınmış şəxslər “Bakı Marafonu 2017”də iştiraklarını təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq.