Fatih Terim intiriqanı qızışdırdı

Yunanıstan Super Liqasında çempionluq uğrunda gərgin mübarəzə davam edir.

Sportline.az xəbər verir ki, pley-off mövsümü davam edən çempionatda 30-cu turun oyunları başa çatıb.

Fatih Terimin rəhbərlik etdiyi “Panatinakos” çətin “Aris’ səfərindən 3 xalla qayıdıb.

”Olimpiakos” “Lamia” səddini 5 topla keçib. Turun mərkəzi görüşündə isə AEK doğma meydanda “PAOK”la bərabərliyə razılaşıb.

30-cu turun nəticələri:

“Lamia”-“Olimpiakos” 1-5
“Aris”-“Panatinakos” 0-2
AEK-PAOK 2-2
Yunanıstan Super Liqasında 30 turdan sonra vəziyyət belədir.
1. PAOK 67 xal
2. AEK 66 xal
3. ”Panatinaikos” 65 xal
4. ”Olimpiakos” 63 xal.