Fatih Terimdən irəliyə doğru inamlı addım

Yunanıstan çempionatında əsas mövsümün ardından pley-off mərhələsi start götürüb.

Sportline.az xəbər verir ki, Fatih Terimin çalışdırdığı “Panatinaikos” yarışın 29-cu turunda doğma meydanda AEK-lə qarşılaşıb.

Oyun “yaşıllar”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

5-ci dəqiqədə AEK Vidanın vurduğu qolla irəli çıxsa da, əzmkarlıq göstərən meydan sahibləri 32-ci dəqiqədə Bakasetas və 34-cü dəqiqədə İonidisin zərbələri sayəsində meydandan qalib ayrılıblar.

4 komanda arasında gərgin çempionluq mübarizəsinin getdiyi Yunanıstan Liqasında 29 turdan sonra vəziyyət belədir:

1. PAOK (66 xal)
2. AEK (65 xal)
3. Panatinaikos (62 xal)
4. Olimpiakos (60 xal).