"Fənərbağça" 11 illik həsrətə son qoymaq istəyir

"Fənərbağça" 11 illik həsrətə son qoymaq istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  "sarı-lacivərtlər"   "Olimpiakos"la bu gecə keçiriləcək görüşdə qalib gələrək yarımfinala adlamaq niyyətindədirlər.

"Fənərbağça" Yunanıstan klubuna qalib gələrək növbəti mərhələyə adlayacağı təqdirdə 11 illik həsrətə son qoyacaq. Belə ki,  sonuncu dəfə 2013-cü ildə yarımfinal görüşünə çıxan "sarı-lacivərtlər" "Latsiyo"ya məğlub olmuşdular.

Qeyd edək ki, "Fənərbağça" Yunanıstanda keçirilən görüşdə "Olimpiakos"a 2-3 hesabı ilə məğlub olmuşdu. Türkiyə nəhəngi növbəti mərhələyə adlamaq üçün "Olimpiakos"u 2 top fərqi ilə məğlub etməlidir.