“Fənərbağça”-“Olimpiakos” matçının hakimi bəlli olub

Uefa Konfrans Liqasının ¼ final mərhələsinin cavab oyununda keçiriləcək ‘Fənərbağça”-“Olimpiakos” oyunun baş hakimi açıqlanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, görüşü Almaniya Futbol Federasiyasından Tobais Ştiler idarə edəcək.

Yan xəttə ona yenə Almaniyadan olan Kristian Qittelman və Mark Borş yardımçı olacaqlar.Qarşılaşmanın 4-cü hakimi isə Daniel Şlaqerdir.

Qeyd edək ki, “Fənərbağça” ilə “Olimpiakos” arasındakı cavab oyunu aprelin 18-də İstanbulda baş tutacaq.İlk oyun 3-2 hesabı ilə Yunanıstan təmsilçisinin xeyrinə yekunlaşmışdı.