Final Gəncədə keçirilə bilər

Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçirilə bilər. 

SportLine.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, bunun üçün stadionun may ayında hazır vəziyyətdə olması lazımdır. Alternativ variant kimi isə Tofiq Bəhramov adına Respublika stadionu nəzərdə tutulub.