Final oyununun şərhçiləri müəyyənləşdi

DÇ-2018-in final oyununun şərhçiləri müəyyənləşib. SportLine.az xəbər verir ki, "İctimai Televiziya"nın efirində yayımlanacaq görüşü Gündüz Abbaszadə və Tural Dadaşov şərh edəcək.

Qeyd edək ki, Fransa və Xorvatiya milliləri arasında keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.