"Fiorentina"nın kapitanı 31 yaşında dünyasını dəyişdi

"Fiorentina"nın kapitanı və İtaliya millisinin üzvü Davide Astori dünyasını dəyişib.

SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu otel otağında ölü tapılıb.

Hadisə A Seriyanın oyunu üçün Udine şəhərinə səfər edən "Fiorentina" futbolçularının yerləşdiyi mehmanxanada yaşanıb. 

Futbolçunun yuxudan ayılmadığı bildirilib.

Qeyd edək ki, bu hadisə səbəbilə A Seriyanın bu günə planlaşdırılan görüşləri təxirə salınıb.