İsamiada: İlk gündə 2 qızıl, 1 gümüş medal qazandıq

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. 

SportLine.az xəbər verir ki, bu gün sərbəst növdə mübarizə aparan güləşçilər xalça üzərinə çıxıblar.

İdmançılar 57, 65, 74 və 97 kq çəki dərəcələrində qalibləri müəyyənləşdiriblər. 

Nəticələrə əsasən, Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev qızıl, Məhəmməd Müslümov gümüş medala yiyələnib. Cəbrayıl Həsənov İslamiadanı mükafatsız bitirib.


57 kq 
1/4 final - Tambi Nforsong (CMR) - Mahir Əmiraslanov - 4:14
1/2 final - Nəbi Uzun (TUR) -  Mahir Əmiraslanov - 2:15
final - Mahir Əmiraslanov - Jandos İsmayılov (Qazaxıstan) - 5:4

65 kq
1/8 final - Cumba Mabali (GBS) - Məhəmməd Müslümov - 0:10
1/4 final - Məhəmməd Müslümov - Mabunde Kumba (Qvineya-Bissau) 10-0
2/1 final -  Məhəmməd Müslümov - Malilk Can Sadid (Əfqanıstan) 10-0
final - Məhəmməd Müslümov - Meisam Nasiri  (İran)

74 kq 
1/8 final - P.Yarahmadi (İRİ) - Cəbrayıl Həsənov - 3:1

97 kq
1/4 final - Y.Melejayev (TKM) - Nurməhəmməd Hacıyev - 1:11
1/2 final - Nurməhəmməd Hacıyev - Abdallh Kərəm (Suriya) 9-0
finalNurməhəmməd Hacıyev - Əmir Muhammadi (İran) - 11:2