"Kənan Yıldız "Qızıl top"a namizəd olacaq"

"Yuventus"un qapıçısı Voysex Şesnı komanda yoldaşı Kenan Yıldızın perspektivini yüksək qiymətləndirir.

Sportline.az xəbər verir ki, polşalı qolkiper 18 yaşlı türkiyəli futbolçunun tezliklə parlayacağı qənaətindədir.

"Kiminlə istəsəniz mərc edərəm ki, Kenan Yıldız yaxın 5 il ərzində "Qızıl top"a namizəd olacaq. Çox futbolçularla bir komandada oynamışam. Amma, belə istedadla rastlaşmamışam", - deyə Şesnı "Corriere dello Sport"a açıqlama verib.

Qeyd edək ki, Yıldız bu mövsüm meydana çıxdığı 30 oyunda 5 qol və 1 asist müəllifi olub. 

Transfermarkt portalında onun dəyəri 30 milyon avrodur.