Kristensen "Roma"da

"Roma" "Lids"in futbolçusu Rasmus Kristenseni icarəyə götürüb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, danimarkalı müdafiəçi 2023/2024 mövsümündə icarə əsasında İtaliya təmsilçisində oynayacaq. O, yeni klubunda 43 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, R.Kristensen 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında  26 matçda iştirak edib və 3 qol vurub.