"Lester"dən yeni transfer

İngiltərə Premyer Liqasından aşağı liqaya düşmüş "Lester" "Monpelye"nin ingilis hücumçusu Stefi Mavididi alacaq.

Sportline.az xəbər verir ki, tibbi müayinə şənbə günü, iyulun 29-da olacaq. Transfer məbləği 7,5 milyon avro olacaq, müqaviləyə futbolçunun sonrakı satışından da faiz daxil olacaq.

"Monpelye" futbolçunu 2020-ci ildə "Yuventus"dan alıb. Klubda keçirdiyi üç mövsümdə Mavididi 98 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.