"Liverpul" "Barselona"ya rekord təklif etməyə hazırlaşır

"Liverpul" qış transfer pəncərəsində heyətini gücləndirmək barədə düşünür. SportLine.az xəbər verir ki, "Barselona"nın hücumçusu Osman Dembele "mersisaydlılar"ın hədəfindədir.

"Sun" nəşrinin yaydığı məlumata görə, İngiltərə klubu fransalı futbolçu üçün 85 milyon funt-sterlinq ödəməyə hazırdır. 

Yanvar ayında bu transfer gerçəkləşsə, O.Dembele "Liverpul" tarixinin ən bahalı oyunçusu olacaq. 

Qeyd edək ki, 21 yaşlı hücumçu 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya keçib.