Mariya Stadnik yarımfinalda

Güləşçimiz Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə uğurla başlayıb.

Sportline.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.