Mayk Taysondan iddialı açıqlama

Boks üzrə superağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson yenidən rinqə çıxmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, veteran idmançı gənc bloger Ceyk Polla döyüşə hazırlaşır.

"Dəmir Mayk" bu qarşılaşmaya ciddi yanaşmayanlara daha bir cavab verib. 

58 yaşlı Tayson bu yaşda da 80 min tamaşaçı toplamağa qadir olduğunu bildirib.

"Nə olsun ki, 58 yaşım var? Mən sadəcə boksdan danışmaqla milyardlarla tamaşaçı toplayıram. 80 minlik arenanı doldurmaq nədir ki? Elə bilirsiniz o, təsadüfən məhz mənimlə rinqə çıxmaq istəyir? Hamı onunla döyüşməyi arzulayır. Amma, o, da nə etdiyini yaxşı bilir", - deyə Tayson "Reuters"ə fikrini açıqlayıb.

Qeyd edək ki, Mayk Taysonla məşhur bloger Ceyk Pol iyulun 20-də Dallasda rinqə çıxacaq.