Mbappe bu ay qərarını açıqlayacaq

PSJ-nin hücumçusu Kilian Mbappe bu ay gələcək karyerası ilə bağlı qərarını açıqlayacaq.

Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 25 yaşlı futbolçu məsələyə tam aydınlıq gətirməyə hazırlaşır.

Onun PSJ ilə yayda başa çatacaq müqaviləni yeniləməyəcəyi gözlənilir.

Qeyd edək ki, Madrid "Real"ının ona ilə 30 milyon avro təklif etdiyi bildirilir.