Messinin "İnter Mayami"dəki maaşı açıqlandı

Lionel Messinin "İnter Mayami" klubundakı maaşı məlum olub.

Sportline.az xəbər verir ki, 36 yaşlı argentinalı ayıa 1,6 milyon avro məvacib alır.

Bu haqda "O Tempo" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ulduz futbolçunun illik qazancı 19,2 milyon avrodur. 

Qeyd edək ki, Messi MLS-in ən yüksək ödənişli futbolçusudur. 

Onun klubla 2025-ci ilədək müqaviləsi var.