"Milan" yeni transferlərə hazırlaşır

Samuel Çukvueze və Noah Okafor "Milan"a keçə bilər.

Sportline.az xəbər verir ki, İtaliya klubu "Zalsburq"un 23 yaşlı yarımmüdafiəçisini almağa razılaşıb və bu transfer üçün 13-15 milyon avro ödəyəcək.

Ötən mövsüm Noa Okafor Avstriya çempionatında 21 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bundan əlavə, "Milan" "Villarreal"ın 24 yaşlı yarımmüdafiəçisi Samuel Çukvuezeni almağa yaxındır. İtalyanlar futbolçu üçün 25-28 milyon avro ödəyəcək.

Çukvuze ötən mövsüm La Liqada 37 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib .