Milli komanda Bolqarıstana yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Sportline.az-a Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 10 gün davam edəcək hazırlıq Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) qatılıblar.

Qeyd edək ki, toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq məqsədi daşıyır.