Millinin futbolçusu faciəvi şəkildə həlak oldu

Cənubi Afrikanın “Kaizer Chiefs” komandasının 24 yaşlı futbolçusu Luk Fleurs faciəvi şəkildə dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, girov götürülən Luk Fleurs güllələnərək öldürülüb.

26 oktyabr 2023-cü ildə “Kaizer Chiefs”ə transfer olunan Fleurs sosial media hesabından etdiyi paylaşımda “Xəyallar gerçək olur” ifadəsini işlətmişdi.

Qeyd edək ki, Cənubi Afrika millisində də çıxış edən 24 yaşlı müdafiəçi son olaraq ölkəsini Tokioda keçirilən olimpiya oyunlarında təmsil etmişdi.