Nazarov oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Yan Reqensburq” kollektivi olub.

Səfərdə oynanılan matç Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

D.Nazarov start heyətində meydana daxil olub və 84-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, aktivində 36 xal olan "Ertsqebirge Aue" 15-ci pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore