Olimpiakos” - “Fənərbağça” oyununun hakimi bəlli oldu

Uefa Konfrans Liqasının ¼ final mərhələsində keçiriləcək “Olimpiakos”-“Fənərbağça” oyununun baş hakimi müəyyənləşib.

Sportline.az xəbər verir ki, qarşılaşmanı İsveçrə Futbol Federasiyasından olan Sandro Şirer idarə edəcək.

Yan xətdə ona Stefane De Almeyda və Bekim Zoqay yardımçı olacaq.

Matçın 4-cü hakimi isə Alessandro Dudiç olacaq.

Qeyd edək ki, “Olimpiakos”- “Fənərbağça” oyunu aprelin 11-i saat 20 45-də start götürəcək.