Onana "Mançester Yunayted"ə baha başa gələcək

"Mançester Yunayted" Andre Onana üçün bildiriləndən daha çox pul ödəyəcək.

Sportline.az xəbər verir ki, daha əvvəl “The Athletic” qapıçının İngiltərə klubuna 51+5 milyon avroya başa gələcəyini iddia etmişdi.

Jurnalist Canluka Di Marzionun sözlərinə görə, milanlılara 52,5 milyon avro sabit məbləğ, daha 5 milyon avro isə bonuslar kimi veriləcək.