Paulo Autuori: "Qarabağ daha aqressiv idi"

Ötən gün yoxlama matçında "Qarabağ"a rəqib olan "Ludoqorets"in baş məşqçisi Paulo Autuori 1-1 hesabı ilə bitən görüşü şərh edib.

Sportline.az xəbər verir ki, Bolqarıstan mətbuatına danışan mütəxəssis bunları deyib:

"Çox yaxşı rəqiblə qarşılaşdıq. Oyun ərzində bütün oyunçulara şans verməyə çalışdım. Nəticə önəmi deyil. İki fərqli komanda oynayırdı. "Qarabağ" daha aqressiv idi".