PSJ-nin taleyi Mbappenin əlindədir

PSJ Kilian Mbappeni "Əl-Hilal"a satmağa hazırdır.

Sportline.az xəbər verir ki, 1 neçə saat əvvəl Səudiyyə Ərəbistanı klubu 24 yaşlı hücumçunu 300 milyon avroya transfer etmək üçün təklif etmişdi. Transfer olacağı təqdirdə futbolçunun maaşı ildə 700 milyon avroya çata bilər. 

PSJ oyunçunu Səudiyyə liqasına keçməyə razı sala bilsə, Ər-Riyad klubunun təklifini qəbul edəcək. 

Mbappe ötən mövsüm Liqa 1-də 34 oyuna çıxıb və 29 qol vurub.