"Qalatasaray" argentinalı futbolçu üçün təklif hazırlayıb

"Qalatasaray" argentinalı futbolçu üçün təklif hazırlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul nəhəngi "Genk" klubunun 22 yaşlı yarımmüdafiəçisi Matias Qalarza üçün rəsmi təklif göndərməyə hazırlaşır. 

Belçika klubunun rəsmiləri isə gənc argentinalı üçün minimum 5 milyon avro tələb ediblər.

Qeyd edək ki, Matias Qalarza bu mövsüm "Genk" forması ilə çıxdığı 39 oyunda 1 qol, 1 asistlə yadda qalıb.