"Qalatasaray" "Real Madrid"in təcrübəli futbolçusunu istəyir

"Qalatasaray" "Real Madrid"in təcrübəli futbolçusunu istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar" təcrübəli müdafiəçi Naço Fernandezin transferində maraqlıdırlar.

İstanbul nəhəngi Naço üçün 7 milyon avro təklif etmək niyyətindədirlər. "Real Madrid" klubu ilə mövsüm sonunda yolları ayırmaq barədə düşnən futbolçunun isə Avrop komandalarından birinə keçmək istədiyi bildirilib.

Qeyd edək ki, Naço bu mövsüm "Real Madrid" forması ilə 36 oyunda meydana çıxıb.