"Qarabağ"ın rəqibi Bakıya "azarkeş ordusu" ilə gələcək

"Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi Arsenal Bakıda dəstəksiz qalmayacaq.

Sportline.az xəbər verir ki, londonlular paytaxtımıza xeyli azarkeşlə gələcəklər.

Onların sayının təxminən 500 nəfərə çatacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 4-də, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də başlanacaq.